Evinizin
balaca bir yerini yaradıcılıq guşəsinə çevirin. Burada uşağın nə vaxt istəsə incəsənət ilə məşğul olmağı üçün hər şey hazır olur.
Bizim
sənət guşəmizdə nələr olur?
- Şəkil çəkmək üçün: rəngli qələmlər, karandaşlar, firça və boyalar, flomasterlər, ağ albom kağızı və ya bloknot.
- Düzəltmək üçün: plastilin və onunla işləmək üçün alətlər, yapışqan, rəngli kağız, rəngli çubuqlar
- Təbii materiallar: gəzinti vaxtı yığdığımız çubuqlar, qozalar, yarpaqlar, qurumuş meyvələr və s.
- Bəzən istifadə etdiyimiz materiallar: toxumaq üçün rəngli saplar, pambıq, parçalar, sarı özü-yapışan kağızlar (post-it) və s.
Yaradıcılıq
guşəmiz daim dəyişir. Əvvəllər o alçaq masada, qızların otağında idi. Kiçik
qızım gəzməyə başlayandan sonra, onun yerini dəyişməli olduq, və qonaq otağına,
daha hündür masaya keçirtdik. Bəzən böyük qızım materialları mətbəxə gətirib
orada nəsə çəkir, düzəldir.
Guşənin harda olmasının fərqi yoxdur, əsas məqsəd
odur ki, nəsə yaratmaq istəyəndə, həmişə səliqəli və "dəvət edən" yer olsun. İşini
qurtaranda da səliqə ilə hər şeyi yerinə yığmağı xatırladın.
No comments:
Post a Comment