İtaliyan həkimi və müəllimi Maria Montessori uşaqları yaxından müşahidə edərkən
belə nəticəyə gəlmişdir ki, onlara nəyisə öyrədəndə deyil, özləri
dünyanı kəşf edəndə daha yaxşı öyrənirlər. Böyüklərin rolu isə uşaqların öyrənməsi
üçün uyğun mühiti hazırlamaq və bu prosesə yardım etməkdir. Və bu zaman aparıcı
rol böyüklərə deyil, məhz uşağa məxsusdur.
Montessori metodu uşaqlara təbiətən
xass olan yeni şeylər öyrənmək həvəsinə və onların müstəgilliyinə dəstəkləməkdən
ibarətədir. Bu cür dəstək xüsusi materiallar və fəaliyyət növlərini
təklif edən mühit yaratmaq deməkdir. Bu materiallardan və məşğuliyyətdən
yararlanaraq uşaqlar özlərinə uyğun olan tempdə öyrənirlər. Nəticədə, onların
özünə əminlik, daxili intizam, özünə dəyər və müsbət sosial davranış kimi cəhətləri
inkişaf edir.
Montessori məktəblərində, klassik təhsil
ocaqlarından fərqli olaraq, uşaqlar özləri nəsə edərək, toxunaraq, hiss edərək
öyrənilər. Burada sıra ilə düzülmüş partalar və onlarla üz-bə-üz yerləşən müəllim
masası olmur. Montessori məktəblərində uşaqlar sinifdə hərəkət etmək, və mümkün
olan fəaliyyətlə məşqul olmağa həvəsləndirilir. Onlar məşqul olmaq istədikləri
materialları özləri seçir, onları masaya və ya xalçaya gətirir, materialları
özləri üçün kəşf edir və beləliklə öyrənirlər. Biz özümüz də bilirik ki, nəisə
özümüz çalışıb eləyəndə onu daha yaxşı başa düşür və yadda saxlayırıq, nəinki
kimsə bizə bunu izah edəndə. Eləcə də uşaqlar: əlləri ilə toxunanda,
araşdıranda, materiallar haqqında konkret təsəvvürlər əldə edirlər.
Montessori metodunun prinsipləri
- Öyrənmənin mərkəzində uşaq durur (“Follow the Child”): məşğələlərin mərkəzində müəllimlərin dərs deməsi deyil, uşaqların öyrənməsi durur.
- Praktiki təlim: öyrənilən obyektlərlə birbaşa təmas uşaqların daha yaxşı başa düşməsinə səbəb olur.
- Daxili motivasiya: seçim azadlığı və müstəqil məşğələlər vasitəsilə hər bir uşağın öz daxili motivasiyası dəstəklənir.
- Fərdi inkişaf diqqət mərkəzində: hər bir uşaq öz öyrənmə tempinə malikdir və bu tempə uyğun olaraq müəllimlər ona fərdi diqqət yetirir.
- Əməkdaşlıq və birgə işləmə: Uşaqlar birlikdə işləməyə və bir birinə hörmətlə yanaşmağa həvəsləndirilir.
- Uşaq bir şəxsiyyət kimi: hər bir uşaq tam və dolğun insan varlığı kimi qəbul olunur və onların individuallığına hörmət edilir.
- Azadlıq və intizam: uşaqlara verilən müstəgillik və seçim azadlığı və Montessori mühitindəki nizam bir-birilə ziddiyyət təşkil etmir. Əksinə, bu cür nizamlı mühitə alışmış uşaqlar azadlıqda olarkən hər şeyi dağıtmaq əvəzinə, sakit və konsentrə olmuş tərzdə materiallardan istifadə edirlər və məşğuliyyətlərini başa çatdırırlar.
No comments:
Post a Comment