Qızımı
velosipedini sürərkən görəndə, çox adam
təəccüblənir: “Niyə belə velosiped?” Velosipedin pedalları yoxdur, və
onu pedalları basa-basa deyil, ayaqları yerdə gəzdirə-gəzdirə sürürlər.
Çoxları belə velosipedin lap balaca uşaqlar üçün nəzərdə tutulduğunu düşünür. Amma
bu belə deyil. Pedalsız balans velosipedlərin yalnız iki təkəri olur, və onlar
uşaqlara balans saxlamağı öyrədir. Adi, iki təkərli velosipedi sürmək üçün hər
şeydən əvvəl balans, tarazlıq saxlamağı öyrənmək lazımdır. Bunu bacarmasan, sürə
də bilməzsən. Uşaqlar üçün nəzərdə tutulan pedallı 3-təkərli, və ya 4-təkərli
velosipedləri sürəndə isə tarazlığı saxlamaq lazım olmur. Və nəticədə uşaqlar
pedalları fırlatmağı öyrənir, tarazlıq saxlamağı isə yox. Velosiped sürmək üçün isə həm pedalları
firlatmaq (hansı ki daha asan işdir) və əsas isə, tarazlıq saxlamaq lazımdır.
Valideynlər
üçün 3 və ya 4-təkərli velosipedlər daha təhlükəsiz görünür, onlara elə gəlir
ki, yıxılmaq ehtimalı daha azdır. Amma belə velosipedlərdən sonra 2-təkərlini
sürməyə başlamaq çox çətin olur.
Pedalsız
balans velosipedlərini sürəndən sonra 2 təkərli pedallı velosipedə minən
uşaqlar artıq tarazlığı saxlamağı bacarır, və yalnız pedalları fırlatmağı öyrənir.
Gəzməyə
gedəndə də bu cür velosipedləri özünlə aparmaq daha asandır – onlar daha yüngül
olur. 3-təkərlilərdən fərqli olaraq, onları daha sürətlə sürmək olur, və manevr
eləmək daha asandir. Uşaqlar belə velosipedləri sürməyi daha tez öyrənir və böyüklərin köməyinə ehtiyac olmur.
No comments:
Post a Comment