Ətrafımıza baxdıqda bir çox yerdə uşaqlarımız üçün təbii oyun və öyrənmə vəsaitləri tapa bilərik. Bəli indiki zamanda bu yerlər azalmaq üzərədir, lakin gözümüzü öyrəşdirsək, belə imkanların düşündüyümüzdən daha çox olduğunu görə bilərik. Təbii vəsaitlər uşaqların təbiətlə təmasını artırmaq, onların zövqünü formalaşdırmaqla yanaşı, uşaqlara yaradıcılıq üçün qeyri-adi üsullardan istifadə imkanlarını kəşf etməkdə yardımcı olur. Digər sözlərlə, təbii vəsaitlər uşaqlarımıza incəsənətin yalnız kağız, fırça və boyadan ibarət olmamasını dərk etməyə imkan verir, dolayısıyla onların fantaziyasını inkişaf etdirir.
Sümbül fırçaları
Yayda şəhərdən kənara çıxmasaq da belə, park və bağlarda, asfaltlanmamış yol qıraqlarında vəhşi böyüyən sümbülləri görə bilərik. Bu sümbülləri toplayıb, onları kağız və boya ilə balacalarınıza təklif edin. Görün yaradıçılıq necə ortaya çıxacaq!
No comments:
Post a Comment