Salam analar!
Necə də xoş bir təsadüf, bloqumuz tam zamanında yaranıb, baharın gəlişinə və Novruzun ərəfəsinə təsadüf etdi!
Novruz mənim üçün uşağlıqdan mövcud bayramlardan ən rəngarəngi, ən sevimlisi, ən marağlısı və ən əzizidir! Bizim ailədə bir çox ailələrdəki kimi bu ərəfədə ənənəvi təmizlik işləri, xüsusi "Novruz bazarlığı", səməni qoymaq, yumurta boyalamaq, xonça düzmək, şam yandırmaq, məhşur şirniyyatların bişirilməsi və əlbəttə ki, yeyilməsi:) tonqaldan hoppanmaq, papaq atmaq və doldurmaq, Novruza aid kitabları oxumaq (atamla birgə ənənvi olaraq), bayramda İçəri şəhərə gəzintiyə çıxmaq, qohumları ziyarət etmək biraz daha böyüdükdən sonra "qulaq falı" və s kimi işlər görülürdü.
Lakin böyüdükcə bunların əhəmiyyəti mənim üçün bir az azalmağa başladı, bir neçə Novruzu dal-badal xaricdə keçirdiyimə görə, çərşənbələri belə yalnız anam e-mailla xatırladandan sonra qeyd edirdim....
İndi isə, Novruzu və onun gətirdiyi rəngarəngliyi və şənliyi oğlum, qardaşımın qızları və digər balacaların vasitəsilə yenidən dərindən hiss etməyə başlamışam, və buna çox şadam!
Burada sizinlə Novruzun çərşənbələrini uşaqlarla necə maraqlı və mənalı keçirmək imkanlarını paylaşmaq istərdim.
Çərşənbələr
Mənim oğlum 3.5 yaşında olduğu üçün çərşənbələr mənim üçün həm də ona təqvim anlayışını çatdırmaq üçün əla bir fürsət idi. Bunun üçün mən rəngli qalın kağız üzərində həftə günlərinin adını çap etdim (hər günün öz rəngi olmaqla) və circle time zamanı oğluma və onun Kabalakadakı dostlarına bu kartları göstərərk adlarını çəkirdim. İngilis dilində bu cür kartları bu saytdan çapa vermək olar: http://www.mrprintables.com/days-of-the-week-months-of-the-year.html#
Növbəti mərhələdə 4 çərşənbə və onlar təmsil etdiyi 4 ünsür (Su, Od, Hava və Torpaq) təqdim olundu. Bunun üçün həmin ünsürlərin illüstrasiyası ilə kartlar hazırlandı (kartlar sözləri dəstəkləmək üçün çox rahat vasitədir) http://pdf.mrprintables.com/mrpfc06-Voca-earth-a4.pdf Hərə özünə bir kart seçdi, biri dedi - mən Suyam, o biri dedi - mən Torpağam və s :)
Bundan əlavə 3 plastik qabda (biz köhnə düyü qablarından istifadə etdik) ünsurların adları yazıldı və içlərində su, torpaq və hava (yani boş) ilə bu qablar uşaqlara təqdim olundu.
Bu qablar uşaqları çox marağlandırdı, uzun müddət onlara baxırdılar, sonra buraxıb, sonra yenə də yaxınlaşıb oynadırdılar. Marağı daha da artırmaq üçün biz bir parça torba götürüb onun içinə hər 3 ünsürlə əlaqəli əşyalar yerləşdirdik.
Uşaqlar əllərini torbaya salaraq ordan əşyanı çıxarıb onu Su, Torpaq və ya Havaya aid olduğunu tapmalı idi. Bir görsəydiniz necə maraqla oynayırdılar. İki həftə ərzində bu oyunu dəfələrlə oynamışıq!
No comments:
Post a Comment