Praktiki həyat
Gündəlik həyatda gördüyümüz işlərdə uşaqların iştirakı, bunlara ev işləri və ya özünə qulluq aid ola bilər:
· toz almaq
· paltarları paltaryuyan maşına yığmaq və çıxartmaq
· gülləri sulamaq
· kəsilmiş gülləri vazaya düzmək
· şüşələri/güzgüləri silmək
· portağal, limon şirəsini çəkmək
· süfrəni düzəltmək
· oyuncaqlarını yumaq
· geyinmək
· saç daramaq
· dişləri fırçalamaq
Xırda motorika, göz-əl koordinasiyası, sensor
· muncuqların ipə düzmək
· qum ilə dolu olan qabda nisbətən iri daş, muncuq və ya noxudları tapmaq
· pazllar
· müxtəlif cür bağlanan cüzdanların (pul kisəsi) içində gizlədilmiş xırda əşyaları tapmaq
· kiçik qıfılları açıb-bağlamaq
· maqqaşla muncuq, pompon və s. bir qabdan başqa qaba yığmaq
· iri qəpik pulları pul qutusuna salmaq
İri motorika
· Yerə yapışdırılmış skotç lent üzrə gəzmək (dairəvi, pillə-pillə və s)
· Pilləkan dırmaşmaq
· Yoqa hərəkətlərini etmək
· Pedalsız velosiped, skuter (samokat) sürmək
· Tramplin və ya böyük top üzərində hoppanmaq
· Rəqs etmək
Dil və riyaziyyat
· Birlikdə kitab oxumaq
· Mövzular üzrə qutular və ya səbətlərlə tanış olmaq: məsələn, dəniz mövzulu səbətdə balıqqulaqları, oyuncaq balıqlar və dəniz heyvanları ola bilər. Nəqliyyat mövzulu qutuda isə oyuncaq maşın, təyyarə, traktor, qatar və s. Bunlara birlikdə baxıb adlarını çəkmək.
· Kubiklər, bloklar, konstruktorlar: oxşar fiqurları ayri-ayri yığmaq, sortlaşdırmaq, qruplaşdırmaq və s.
Sənət və yaradıcılıq
· Boyamaq; boyaları qarışdırmaqla yeni rənglər almaq
· Xəmir və ya plastilinlə oynamaq
· Pipet ilə boyaları salfet, başqa hopduram material üzərinə damcılamaq
· Rəngli kağızları qayçı ilə doğramaq, yapışdırmaq
· Toxuma sapları ilə yaradıcılıq
Montessori mövzusunda növbəti postda evinizi Montessori prinsiplərinə necə uyğunlaşdırmaq barədə yazacayıq.
No comments:
Post a Comment