Bağda
məktəbəqədər yaşlı uşaqların ən yaxşı əyləncəsi məncə qum və sudur. Bağda və ya
həyətinizdə bunun üçün sərait yaratmaq asandır: təmiz, yumşaq qum olan bir sahə,
yaxınlıqda su mənbəyi, və oyuncaqlar. Düzdür, uşaqlara içində adi plastik vedrə,
bel, formalar olan standart dəstlə də oynamaq maraqlıdır. Amma oyunu daha rəngarəng
və kreativ etmək üçün oyun və ya palçıq mətbəxi düzəltmək olar. Belə bir məkan
xırda motorika, birgə oynamaq, razılığa gəlmək, problem həll etmək bacarıqları, fantaziya və yaradıcılıq və daha nələri işə
salaraq inkişaf etdirən oyunlar üçün idealdır.
Belə
mətbəxi köhnə skamyadan və ya taburetdən düzəltmək olar. Mətbəx üçün sizə
qazanlar və cürbəcür mətbəx ləvazimatı (əsl və ya oyuncaq) lazım ola bilər.
Boşqablar, stəkanlar, sobada bişirmə
formaları, silikon qablar, ləyən, süzgəc, ələk və s işə yarıyar. Su ilə oynamaq
üçün çanaq (və ya tas), işləmək üçün masa, “soba” və soyuducu – fantaziyanıza
uyğun bunların hamısı düzəldə bilərsiniz.
Bəzi
ilhamverici linklər:
Bu
gün 17 aylıq qızımının mətbəxdə oyununu müşahidə edirdim. Əl-üz yuyanı açaraq
bir qabı doldururdu. Birdən altdakı ləyəndə kifayət qədər suyun olduğunu gördü.
Kranı səliqə ilə axıracan buraraq bağladı, əlindəki qabı isə ləyənə salaraq
doldurdu. Böyük qızım isə qumdan qayğanaq bişirməklə məşğul idi:)
No comments:
Post a Comment