Yay - tətil vaxtıdır, istirahət vaxtıdır. Həm də fikirlərimizin, qadağa və məhdudiyyətlərin tətili. Uşaqlar üçün bəzi sərhədləri aşmaq, sərbəst olmaq vaxtı. Nə demək istəyirəm? Bəlkə aşağıdakılardan aydın olar... YAŞ OLMAQ VAXTIDIR
“Ayaqlarını
islatma!”, “paltarın yaş olar” sözlərini unutmaq. Uşaqlar su ilə oynamağı
sevir. İndi olmazsa, onda nə vaxt? Bağdasınızsa, onlara şlanqla bir-birini yaş
etmək,öz oyuncaqlarını yumaq, ağacları sulamaq, evdəsinizsə, su püskürdənlə
güllərə su çiləmək, sprey şüşəsinə su
doldurub pəncərələri yumaq maraqlı olar.
KİRLƏNMƏK, ƏLLƏRİ, AYAQLARI, PALTARLARI ÇİRK ETMƏK VAXTIDIR
İstədikləri
qədər qum, palçıqla oynamaq. Yaydır, yuyulmuş paltarlar 10 dəqiqəyə quruyur:) Təzə
paltarları isə xüsusi tədbirlər üçün saxlayın.
AYAQYALIN GƏZMƏK VAXTIDIR
Evdə,
parkda, bağda və ya çimərlikdə - bu da sərbəst olmağın bir yoludur! Balaca
ayaqlar qum,ot, torpaq, plitələr, su, taxta döşəməyə toxunaraq hissiyatını
inkişaf etdirsin.
Özünüz düzəldin və ya hazır alın – amma ağızda isitməyi tələb etməyin!:) Müxtəlif yay
meyvələrini qarışdırıb donduraraq dadbilmə hisslərini zənginləşdirin.
MEYVƏLƏRİ AĞACDAN DƏRİB YEMƏK VAXTIDIR
Şəhərdə
böyüyən uşaqlar təbiət məhsullarının hardan gəldiyindən xəbərsiz ola bilər.
Qoyun özləri meyvələri yığıb yesinlər.
Hansı ağacların, kolların hansı bar verdiyini öyrənəcəklər.
BOŞ QALIB, DARIXMAQ VAXTIDIR
Uşaqlarda
yaradıcılıq, fantaziya boş qalanda, darıxında inkişaf edir. Günün hər bir vaxtı
üçün əyləncə və ya məşğələ planlaşdırmayın. Qoy darıxsınlar, görəcəksiniz ki,
bir azdan özləri yeni oyunlar quracaq, özlərinə oyuncaqlar tapacaqlar. Bəlkə da
sadəcə uzanıb xəyal quracaqlar?