Uşaqlara
lap körpəlikdən kitab oxumaq vacibdir. Sübut olunub ki, balacalıqdan kitab dinləyən
uşaqlar yazıb-oxumağı daha asanlıqla öyrənir, məktəbdə daha yaxşı oxuyur və özləri
kitab oxumağa həvəsli olur. Birlikdə kitab oxumaq həm də uşaqlarda danışıq
qabiliyyətini inkişaf etdirir, diqqəti cəlb
etməyə alışdırır, və onlara çoxlu yeni şeylər öyrədir. Bu, həm də məşğul gündəlik
həyatımızda balamızla bir yerdə keçirdiyimiz sakit bir vaxtdır.
Balacalara
kitabları necə oxumaq məsləhətdir?
- Uşağın yaşı nə qədər azdırsa, bir o qədər qısa və içində şəkilləri çox olan kitablar seçmək.
- Oxunuzu canlandırmaq. Məsələn: heyvanların səsi ilə “danışmaq”, maşın, qatar səsləri çıxartmaq, emosiyaları canlı olaraq göstərmək
- Yavaş- yavaş oxumaq. Sual verməyə imkan vermək və onlara cavab vermək.
- Özünüz də sual verin. Məsələn: “Səncə sonra nə oldu? Səncə niyə belə
elədi?” və sairə.
- Uşağınızın seçdiyi kitabları oxumaq, hətta eyni kitabı tez-tez oxumaq istəsə belə.
- Kitabları uşağınızın əli çatan bir yerdə, cəlbedici tərzdə yığmaq. Hətta “oxu guşəsini” da yaratmaq olar.
- Hər gün kitab oxumaq üçün günün müəyyən vaxtını ayırmaq, məsələn, yatandan əvvəl.
Nigar
Rəfibəyli (Rəssam: Nazim Babayev)
MƏSTANIN
BALALARI
Sevil bağa köçəndə
Məstanı da
apardı,
Bağı görəndə Məstan
Gör nə tufan
qopardı...
Gah ağaca
dırmaşdı,
Gah divara
dırmaşdı,
Gah damın üstə
çıxdı,
Gah da çəpəri
aşdı...
Qovdu ağ kəpənəyi,
Yoldu otu, çiçəyi...
Kərtənkələ,
qurbağa
Qaçırdı
sola-sağa,
Qarışqa dalında
yük
Daşıyırıdı
yuvaya,
Gedirdi qarayürük
Elə bil ki ,
davaya...
Məstan təzə yerlərdə
Özünə yurd
salmışdı,
Üç balası zənbildə
Yaddan çıxıb qalmışdı...
Gəzirdi həvəs ilə
Məstan evi,
eşiyi,
Gözünə ilişəndə
Hərdən siçan
deşiyi,
Marıtlayıb dururdu
Deşiyin qabağında,
Görün bir nələr
vardı
Sevilgilin bağında.
Havada uçur arı,
Şütüyür kərtənkələ;
Tullanırdı qurbağa
Suyun yanında hələ...
Məstanın üç
balası
Şirxan, Tərxan və
Orxan
Zənbildən baş qaldırıb
Miyoldayırdı yaman...
Məstan atıldı,
düşdü,
Oynaq ladı doyunca,
Qaçdı lap bağ
boyunca...
Qaçdı, oynadı,
qaçdı
Hey sevinə-sevinə,
Bura heç bənzəmirdi
Axı, şəhər evinə,
Hər yan açıq,
bağ-bağat
Burda başqaydı həyat.
Məstan hey
oynayırdı
Birdən duruxub
durdu...
Gördü düşməni sərçə
Oturubdur budaqda...
Suyu çoxdan qurumuş
Bir quyu vardı
bağda.
Məstan tez
atıldı ki,
Qalxıb sərçəni
tutsun,
Ağacda cik-cik
edən
Ancaq mayallaq
aşıb,
Özü quyuya düşdü.
Qaranlıqda
qorxudan
Onun qanı uyuşdu...
Quyuda hər yan
qara,
Bir qaranlıq
çökmüşdü
Elə bil
divarlara...
Məstan lal-cim
dayandı...
Qorxdu, ürəyi
yandı...
Sevil gördü bu
halı,
Qışqırdı bərkdən
Sevil.
Quyuya Məstan
deyil,
Özü düşdü elə
bil...
- Gəlin, gəlin,
ay aman,
Quyuya düşdü Məstan...
-Az atılıb-düşəydi,
-
Deyə deyindi nənə,
Ancaq Məstana
yenə.
Yığıldılar qonşular
Hamı quyu
başına,
Bir kəndir
bağladılar
Lap quyunun
daşına.
Kəndirin də
ucuna
Bağladılar bir zənbil,
Zənbilə ət və
çörək
Qoyub salladı
Sevil...
Salladı ki, quyuya-
Məstan yeməyi
görcək
Zənbilə girsin
guya...
Lakin Məstan
baxmadı
Zənbildəki şeylərə,
Bir məsləhət
verirdi
Quyu başında hərə...
Sevil xeyli səslədi
Məstan isə elə
bil
Unutmuşdu
dünyanı...
Nə çörəyə, nə ətə
Gözlə baxmırdı Məstan....
Nənə yerindən
qalxıb
Yaxın gəldı bu
zaman,
Pişik balalarını
Həmən zenbilə
yığdı...
Şirxan, Tərxan və
Orxan
Hamı bir yerə
sığdı...
Salladılar yenidən
Quyuya bu zənbili,
Elə bil ki, Məstanın
Birdən açıldı dili.
Balalarını gördü,
Elə bil ki,
yadından
Çıxdı bayaqkı dərdi...
Körpələri
yaladı,
Miyoldadı o ki
var...
Bu zaman
yuxarıdan
Kəndiri tez
dartdılar
Çıxartdılar Məstanı,
Yanında balaları...
Gördü Sevili Məstan,
Atıldı ona sarı.
Ana, bala pişiklər,
Hey yalaşıb
doydular,
Kor quyunun
ağzına
Uşaqlar daş
qoydular.
No comments:
Post a Comment