Oxuduğumuz
kitabları, nağılları daha maraqlı, yaddaqalan və kreativ etmək üçün onları müxəlif yollarla “canlandırırıq”.
Bir yol,
oxuduqlarımızı kağızda təsvir etməkdir – yəni, şəkil çəkmək.
Digər üsul
oyuncaqlar, məişət əşyaları vasitəsilə nağılı səhnələşdirmək.
Başqa bir üsul isə
- plastilin, təbii materiallar, kağız, yapışqan, skotç lent vasitəsilə
kitabdakıları yaratmağa çalışmaq. Bütün
bu üsullar uşaq fantaziyasının, təxəyyülün inkişafına yardım edir, özünü ifadə
etməyin müxtəlif yollarını göstərir.
Qızımla “Düyməcik” baletinə baxmağı planlaşdırmışdıq. Bir neçə gün əvvəl hazırlığa
başladıq. Nağılı birlikdə oxuduq. Sonra onu qurmağa çalışdıq. Bu, süjeti daha
yaxşı yadda saxlamağa yardım etdi.
“Stickman”
(“Çubuq-adam”) kitabı isə yaradıcılıq üçün daha da çox ilhamverici idi.
Siz də
kitab oxuyarkən onu birgə “canlandırmağı” təklif edə bilərsiz. Məsələn, hamıya tanış
olan “Turp” nağılı. Balacanızdan soruşun: baba kim olsun? Bəs nənə? Yəgin ki,
uşağınız oyuncaq it, pişik, siçan tapa bilər, və yaxud əvəzində başqa heyvan
fiqurlardan istifadə edə bilər. Bəs turp nə olsun? Bəlkə əsl turp ola bilər? Və
ya onu parçadan düzəldə, kağızdan kəsə bilər? Bir neçə gündən sonra isə nağıl
üzrə şəkil çəkməyə, daha sonra isə plastilindən onu qurmağa dəvət edə bilərsiz.
No comments:
Post a Comment