Getdiyimiz yerlərdən təəssüratlarımızı bloqun oxucuları ilə də bölüşmək istəyirik. Onu deyim ki, şəhərimizdə belə yerlərin sayı artıb və bəzilərində uşaqlar üçün xüsusi proqramlar təşkil olunur. Amma təəssüf ki, bəzi muzeylərimiz hələ də kiçikyaşlı uşaqların gəlməsini müsbət qarşılamır, və bunun üçün bir şərait də yaratmağa çalışmır. Belə muzeylər bir çox əşyalara əl vurmaq, nə isə qurmaq, yoxlamaq imkanını yaradan, ilk növbədə uşaqlar üçün cazibədar, interaktiv olmağa çalışan müasir muzey anlayışından uzaqdır.
Beləliklə, getdiyimiz muzeyləri uşaqlara qarşı nə dərəcədə "mehriban" (child-friendly) olduğunu 5 ballıq şkala ilə qiymətləndirəcəyik. Bu qiyməti isə uşaqlara maraqlı olan sərgi və ya obyektlərin olması, işçilərin uşaqlara münasibəti, uşaqlar üçün xüsusi məşğələlərin təklif olunması, açıq məkanın (həyət və ya park) mövcudluğu, kafenin olması, uşaq arabası ilə girişin mümkünlüyü və s.-ni nəzərə alaraq verəcəyik.

Mərkəzdə bir neçə daimi və müvəqqəti sərgi
vardır. Uşaqlarımızın yaşını nəzərə alaraq, bunlardan Azərbaycan İnciləri və
Mini Azərbaycan sərgilərinə baxdıq. Birinci sərgidə milli geyimlər və musiqi alətləri
uşaqlar üçün daha maraqlı oldu. Hər bir milli musiqi alətinin qarşısında
durduqda, onun səsləndirdiyi musiqi çalınmağa başlayır. Mini Azərbaycan sərgisi isə məşhur
bina və başqa tikililərin maketləri, mini versiyalarından ibarətdir. Böyük qızım gördüyü tikililərin Bakının
harasında yerləşdiyini xatırlayıb tapmağa çalışıdı: Qız Qalası, Filarmoniya, Xalça
Muzeyi, Nizami heykəli, Qala divarları, Yaşıl teatr və s. ona tanış gəldi.
Mərkəzin önündəki park Bakıdakı ən gözəl
açıq məkanlardan biridir, və quruluşuna görə ən-ənəvi parklardan fərqlidir. Orada
isə müxtəlif ölkələrdən olan rəssamların rənglədiyi ceyran fiqurları
maraqlıdır. Sonda qızlar parkdakı iri ölçülü ilbis və dövşanlarla xeyli əyləncəli vaxt keçirdi...
Yolunuz bura düşərsə, nəzərə alın ki, Mərkəzin kassaları nahar vaxtı bağlıdır, biletsiz isə içəri keçmək mümkün deyil. Uşaqlara mehriban olması: 4 bal. Muzey və sərgilər, park 5 bal, işçilərin "əl vurmaq olmaz" münasibəti -1 bal.