At şabalıdı, bu ağacı tanımaq çox asandır, onun xüsusi 5li yarpaqlarından və tikanlı qabıq içində gizlənən iri şabalıdlardan.
At şabalıdların yetişməsi məhz payız aylarına təsadüf edir. Şəhərimizdə şabalıd ağaclarını nəbatət bağında və dənizkənarı bulvarda (Sahil metrosu və Park bulvar arası kiçik bir şabalıd şəmənliyində) tapmaq olar.
Bulvara şabalıq yığmaq üçün bir neçə dəfə getmişdik. Səbətimizə həm yetişkin şabalıd, həm də onların tikanlı qabıqlarını yığırdıq. Sonra onları yuyub, qurudub, onlardan nə edə biləcəyimizi düşündük. İlham üçün bu sayta müraciyət etdik:
http://besttoys4toddlers.com/home/33-ways-to-play-with-chesnuts-this-fall/.
Nəticədə biz şabalıdlarımızı həm yamsılama mətbəx oyununda şorba bişirmək üçün, həm plastelinlə müxtəlif canlılar düzəltmək üçün, həm də riyaziyyat dərslərimiz üçün istifadə etdik, bəli bəli riyaziyyat :)
Şabalıdlardan gülməli canlılar hazırlamaq üçün sizə playdoh, mümkünsə təbii narıncı, qəhvəyi vəs kimi rənglərdə, ayaq düzəltmək üçün pipe cleaner adlanan nazik borucuqlar, yapışdırılan gözlər, yapışqan (PVA), şabalıdları deşmək üçün iti alət lazım olacaq.
Bundan sonra riyaziyyat dərsimiz üçün şabalıddan müxtəlif fəaliyyətlər quraşdırdıq. Burada məqsədimiz sadə dillə desək, uşaqlara hər rəqəmin arxasında hansı sayda əşya olduğunu və rəqəmlərin yazılışını çatdırmaq idi.
Bunun üçün şabalıdlardan əlavə, nazik çubuqlar, şabalıdların qabıqları, plastmass rəqəmlər, kağızdan kəsilmiş rəqəmli kartlar və ayaqqabı bağları lazım oldu.
3-5 yaş arası uşaqlar üçün sayı öyrədən bəzi fəaliyyətlərimizin şəkilləri bunlardır:
Rəqəmlərin yazılışı və say. Bu məşğələdə uşaqlar rəqəmi sözün əsl mənasında öz əlləri ilə quraşdıraraq, gələcəkdə onun yazılışını daha yaxşı mənimsəyillər. Və əlbəttə hər rəqəmə aid olan sayda əşyalar düzüllər.
İkinci məşğələdə şabalıdlardan muncuq yığırdıq. Bu məşğələ say öyrənmək üçün həm faydalı həm də əyləncəlidir.
No comments:
Post a Comment