Müasir
dünyada texnologiyadan təcrid olunmaq qeyri-mümkündür. Amma bu texnologiyanın mənfi
təsiri azaldıb, ondan faydalanmaq olar.
“Ekran
vaxtı” – nə deməkdir? Uşağınızın televizor, kompyuter, planşet və ya telefon
ekranı qarşısında keçirdiyi vaxt. Nə
üçün “ekran vaxtı” ümumiyyətlə məhdud olmalıdır?
- Uşaqların uzun müddət hərəkətsiz qalmağı artıq çəkiyə gətirib çıxardır.
- Passiv keçirilən bu vaxt kreativ olmaq, fəal oynamaq üçün imkanlar azalır
- Müasir cizgi filmləri, video oyunlar aqressivliyi artırır
- Ekranda tez-tez dəyişən kadrlar, sürətlə cərəyan edən hadisələr real həyatın çox asta olduğu hissini yaratmaqla diqqət çatışmamazlığına gətirib çıxardır, uşaqlar hər şeydən tez bezir
- Ekrana çox baxan uşaqlar başqaları ilə ünsiyyətdə olmur, beləliklə onların sosial və emosional inkişafı ləngiyir
Məktəbəqədər yaşlı uşaqlardan danışarkən, 2
yaşına qədər uşaqlar üçün umumiyyətlə televizora baxmaq məsləhət görülmür. Baby Einstein və digər körpə cizgi fimləri
heç bir inkişaf etdirici təsirə malik deyil. Sübüt olunub ki, bu filmlərə baxan
uşaqlara nisbətən, valideynləri mütəmadi
olaraq kitab oxuyan, nağıllar danışan, mahnılar oxuyan, və onlarla danışan
uşaqların nitqi daha yaxşı inkişaf edir. Şəxsən mən fikirləşirəm ki, ananın görüləsi
işi olduqda 1.5 yaşından yuxarı uşaqların 10-15 dəqiqə əyləncə üçün cizgi filmlərə
baxmasında qorxulu bir şey yoxdur. Lakin bir neçə şərtlə: bu filmlər diqqətlə,
yaşa uyğun seçilməlidir, yeməyi uşağa yedizdirmək və s. üçün istifadə edilməməlidir,
və valideynlə inkişaf etdirici ünsiyyəti əvəz etməməlidir.
2-3
yaşından başlayaraq ekran vaxtından səmərəli istifadə etmək mümkündür. Bizim
ailədə uşaqlarımız Azərbaycan və İngilis dilində danışır. Lakin hazırda ingilis
dilli mühitdə olmadığımız üçün, bu dilin inkişaf etməsi üçün uşaqlar cizgi filmlərə
bu dildə baxır. Təbii ki, dilin öyrənilməsi üçün bu heç cür kifayət etmir,
bunun üçün valideynlərdən biri və ya digər insan bu dildə uşaqlarla
danışmalıdır. Amma cizgi filmləri, kitab, mahnılar və gündəlik ünsiyyətə əlavə
olaraq, dilin öyrənilməsinə müəyyən qədər kömək edə bilər.
Bizim
ekran vaxtı barədəki şərtlərimiz budur:
- Gündə yalnız bir dəfə, nisbətən uzun (təxminən 1 saat) cizgi filminə baxırıq
- Uşaqlar televizoru yandırıb, cizgi filmi kanalını seçərək ona baxmır, çünki TV-də göstərilən cizgi filmlərini keyfiyyəti bizi qanə etmir
- Cizgi filmlərin həm məzmunu, həm danışığı/nitqi yaşa uyğun olmalıdır
- Bizim seçdiyimiz cizgi filmləri arasında uşaqlar hansına baxacaqlarına özləri qərar verir
- Aqressiv, qorxulu, həmçinin qeyri-məlum canlılar olan cizgi filmlərinə baxmırıq
- Cizgi filmlərin çoxusuna ingilis dilində baxırıq
Cizgi
və uşaq filmlərindən başqa, bəzən audio kitablara da internet vasitəsilə qulaq
asırıq. Buna əlavə internetdən böyük qızımı maraqlandıran bir sual və ya mövzu
ilə bağlı bilmədiyimiz məlumatı tapmaq üçün birlikdə istifadə edirik. Məsələn,
bu yaxınlarda qızım komet görmək istədi. Google-da comet axtarışını verib,
images bölümündə şəkillərinə baxdıq. Bəzən mövzuya aid uşaqlar üçün sadə sənədli
filmlərə də baxırıq. Onu da deyim ki,
biz planşet kompyuterdən istifadə etmirik. İnternetdən notbuklarda, böyüklərlə
birlikdə istifadə edirik.
Sonda
sevdiyimiz cizgi filmləri ilə sizinlə paylaşmaq istəyirəm. Bunların hamısı
mülayim, səlis nitqli, uşaqlara maraqlı və müsbət mesaj verən filmlərdir.
Bunların hamısına youtube-da ingilis dilində baxmaq olar.
2-4
yaşlılar üçün:
- Peppa Pig
- Pocoyo
- Tro Tro
- Tilly
and friends
- Chuggington
- Chuggington
- Miffy
and friends
3-6
yaşlılar üçün:
- Peep and the big wide world
- Olivia the Pig
- Berenstain Bears
- Clifford the big red dog
- Thomas the Train
- Curious George
- Bob the Builder
- Winnie the Pooh
- Moomins series (Yaponiya)
- Peep and the big wide world
- Olivia the Pig
- Berenstain Bears
- Clifford the big red dog
- Thomas the Train
- Curious George
- Bob the Builder
- Winnie the Pooh
- Moomins series (Yaponiya)
No comments:
Post a Comment