Yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xonçası
Bülbüllü avaz gəlir...
Novruz abu-havasını uşaqlarımıza hiss etdirmək və ən-ənələrimizi onlar üçün maraqlı və əyləncəli yolla öyrətmək bu ərəfədə bizi ən çox məşqul edən mövzu oldu :)
Yeni il mövzüsunda internet məkanında (https://www.pinterest.com/) məktəbəqədər uşaqlar üçün yüzlərlə xüsusi tərtib olunmuş faəliyyət və oyunlar tapmaq olar. Bu resurslar qış tətillərini uşaqlarımızla mənalı keçirmək üçün yardımçı olurlar. Bəs Novruz bayramı? Ənənəvi olaraq bu bayram ərəfəsində uşaqların başı evdəki hazırlıqlara qarışır, adətlərimizi yerinə yetirərək,onları gələcək nəsil nümayəndələrinə ötürmüş oluruq. Bunlar bizim üçün böyük məna kəsb edir. Lakin zəmanə dəyişdikcə adətlər yavaş-yavaş müasirləşdirilərək dəyişilir və bəzilər isə unudulub yox olur. Müasir dövrdə bizim üçün yeni olan metodlarla (Montessori, Reggio Emilia və s.) ənənələrimizi çatdırmaq da pis ideya kimi görünmür, deyilmi? Elədirsə, onda başlayaq!
Novruz əhvalını hələ ilk çərşənbədən canlandırmağa qərar verdik. Əvvəlcə uşaqlar bayramın köklərini və tarixini çatdırmaq istədik və bunun üçün Montessori metoduna müraciət etdik:
Fəaliyyət N1 Ünsürlər
Bu fəaliyyəti hələ keçən il də keçirmişdik (http://bakumamas.blogspot.com/search/label/4%20%C3%BCnsur) bu il təkrarladıq, bəzi dəyişiklikləri əlavə etdik.
Burada əsas məqsəd uşaqlara Çərşənbələrin anlamını və onların vasitəsilə ünsürlərin öyrədilməsidir. Bunun üçün 3 eyni ölçülü qablar götürülür, üzərində "HAVA", "SU", "TORPAQ" yazıları yazılır. SU qabına bir qədər su, TORPAQ qabına bir qədər torpaq yerləşdirilir, HAVA qabı isə boş olaraq rəfə yerləşdirilir. Montessori metoduna uyğun olaraq hər ünsüra aid görüntüləri əks etdirən kartlar çap edilir (bu saytdan istifadə edə bilərsiz https://drive.google.com/file/d/0B-Jp2xvcHjp4a1p3U0k5ZlBwaGs/view?pli=1) və uşaqlara kartları uyğun qabın önündə qoymaq təklif edilir. Dördüncü ünsüru unutmağımızı düşünməyin :) Odu əks etdirməyi uşaqların özlərinə təklif etdik, onlarda bunu sevə sevə etdilər. Burada bizim görüntülər:
Fəaliyyət N 2. Novruz Şamları
Novruzun ən vacib atributlarından olan şamlarla əlaqəli də bir neçə fəaliyyətimiz var. Əvvəlcə kağızdan Şam applikasiyası düzəltdik. Bunun üçün bizə rəngli kağız, yapışqan və zər lazım oldu.
Kağızdan əvvəlcə şamın fonu üçün forma, sonra isə ayrılıqda şamın mumu və alov forması kəsilir. Son ikisi 1ci formanın üstünə yapışdırılır. Alov formasının üzərinə yapışqan sürtdükdən sonra üzərinə zər yerləşdirilir. Nəticədə bü cür şamlar alınır.
Fəaliyyət N 3. Novruz tonqalı.
Təbii ki, Od ünsürunu anlamaq üçün tonqal düzəltmək lazımdı, əsli olsa həyətinizdə çox yaxşı, amma evdə də əl işi-tonqal düzəltmək xeyli əyləncəli ola bilər.
Bu fəaliyyət üçün kağız, yapışqan, rəngli (sarı, narıncı, qırmızı) kağızlar, nazik ağac budağının qırıqları.
Təfərrüatı görüntülərdə:
No comments:
Post a Comment