1. Yumşaq kitabçalar. Bunlarda müxtəlif növ parçalar, kağız, dəri və s. taktil hissiyatı inkişaf etdirir. Bəzilərində açılıb bağlanan düymələr, yapışqanlı parçalar, kiçik ciblər də olur. Əslində onları özünüz də tikə bilərsiniz.
2. Piramida. Bu klassik oyuncaq rəngləri, formaları və ölçüləri oyrənməyə kömək edir. Plastik yox, taxtadan hazırlanmış piramida seçmək məsləhətdir.
3. Karton qutular. Bu qutularla oyun ideyaları sonsuzdur! Onları üst-üstə, yanbayan, iç-içə yığmaq motorikanı inkişaf etdirir. Biz onlardan “çoxmərtəbəli” bina tikirik, hər mərtəbədə oyuncaq heyvan “yaşayır”. Hava qaralanda xırda lampaları içinə yerləşdirib, əsl yaşayış binası effektini yaradırıq.
4. Sadə taxta pazllar. Heyvanların və s. adlarını öyrənmək, göz-əl kordinasiyası üçün pazllar faydalıdır. Ən sadəsindən başlayaraq, getdikcə daha mürəkkəblərindən istifadə etmək olar.
5. Fırfıra. Balaca əllər onu fırlatmağı öyrəndikçə güclənir.
6. Sadə sorter. Rəng və formaları öyrətməklə yanaşı, xırda motorika, problemləri həll etmək və qərar qəbul etmək bacarıqlarını inkişaf etdirən klassik oyuncaq. Eləsini seçin ki, şəkildəki ev kimi, başqa oyunlarda da istifadə oluna bilsin.
7. Yumşaq və adi bloklar, Lego Duplo. Çox sadə olan bu oyuncaqlar da sonsuz oyun imkanlarını verir (open-ended). Uşaqlar bloklardan nə isə tikərkən, fantaziya, motorika, fərqli düşünmə qabiliyyəti, problem həll etmək vı digər bacarıqları inkişaf edir.
8. Barmaq kuklaları (puppets). Bunlar yaradıcı oyunlar, teatr, kiçik səhnəciklər və s. üçün idealdır, həmçinin, xırda motorikanı inkişaf etdirir.
No comments:
Post a Comment