Monday, March 21, 2016

21 Mart - Ümumdünya Daun Sindromu günü


21 Mart Ümumdünya Daun Sindromu günü kimi qeyd edilir. Bu gün dünyada Daun sindromu daşıyıcılarla həmrəylik nümaiş etdirməklə keçirilir.  Əsas məqsəd - əlavə xromosom sahibi olan Daun sindromlu insanların sadəcə fərqli olmaqlarını çatdırmaqdır. Bu mesajı çatdırmaq üçün insanlar fərqli alabəzək  corab geyinərək diqqət cəlb edirlər və onların bu halına təcüblənənlərə Daun sindromu haqqında məlumat verirlər.



 Bu poster uşaqlarda Daun sindromunun xüsusiyyətləri haqqında məlumat verir. Burada isə Vikipediya məqaləsi təqdim olunur:  https://az.wikipedia.org/wiki/Daun_sindromu

Friday, March 18, 2016

Bayram yumurtaları Part2

Öncəki yazımı oxumusuzsa və yumurta boyama texnikasını sınaqdan keçirmisizsə, bu postu davam olaraq uşaqlarla birgə keçirə biləcəyiniz novruz fəaliyyəti olaraq yerləşdirirəm. Təfərrüatı Bayram Yumurtaları postunda.


Burada eyni texnikadan istifadə edərək səhnədə 
UŞAQLAR!












Bayram yumurtaları

Botanik yumurtalar

Botanik yumurtaları hazırlamaq üçün lazım olanlar:
Keşniş
Şüyüd
Dağ keşnişi
digər göyərti və ya bağçadan dərilən otlar (bölümlü yarpaqlı otlara üstünlük verin)
Qırmızı soğan qabığı
Qırmızı kələm
Kapron corablar
Yumurta
Qazan
Nazik fırça




Yumurtaların üzərinə göyərtinin uc hissəsini qopardıb səliqəli yerləşdirilir (fırçadan istifadə edərək, çox nazik hissələrini düzəltmək olur). Bundan sonra yumurtalar kapron coraba bürüdülür.





Bütün yumurtalar hazır olandan sonra onları qırmızı soğan qabığı və ya qırmızı kələmlə  və suyla dolu qazana yerləşdirib qaynadılır.



Boyanın yumurta üzərinə bərabər yayılması üçün qazanın tərkibini arada qarışdırmaq məsləhətdir.



20 dəqiqə qaynadıqdan sonra yumurtaları çıxarıb üzərindəki corablardan azad etmək və göyərti qalıqlarından təmizləmək lazımdır.  Sonda yumurtalar daha da cazibəli etmək üçün onları azca bitki yağıyla sürtməklə onlara parıltı vermək məsləhətdir. Bu da nəticədə alınmış yumurtalar!




P.S. Bu il kələmlə eləməmişəm, ona görə keçən ilki şəkli qoyuram, qüsura baxmayın :) Qarşıdan gələn Novruzunuz mübarək!





Thursday, March 17, 2016

Uşaqlar üçün "Səməni Elmi"

Səməni ay Səməni,
Səməni saxla məni, 
İldə göyərdərəm səni...

Bəli, təbii ki, səmənini - novruzun ən əsas simvolunu, hər bahar bayramında göyərdirik. Bəs uşaqlarımız nə dərəcədə bu prosesə cəlb edilir və səməninin arxasındakı mənanı nə dərəcədə başa düşürlər? Burada bağçamızda keçirdiyimiz  Səməni Elmi layihəsini sizinlə paylaşmaq istəyirəm...

Düşünürəm səməni göyərtmə prosesinin  ardıcılığını xatırlatmaq yerinə düşər, deməli:
1. Buğda (1 səməni üçün təx 150q) qaba yerləşdirilib 24 saat ərzində suda isladılır
2. Suyu özünə çəkmiş buğda yuyulub süzgəçə yerləşdirilir və üzəri yaş parça ilə örtülüb 24 saat saxlanılır
3. Buğda yenidən yuyulub qaba yerləşdirilir və üstü yaş parça ilə örtülür (24 saat)
4. Cücərmiş buğdanın üstü açılır, günəşli yerdə yerləşdirilib, hər gün sulanır.


Səmənilərimiz gördüyünüz kimi əla alındı, lakin bununla kifayətlənməyərək əsl balaca alimlər kimi Səməni Elmini araşdırmağa başladıq!
İlk günlərdə yeni cücərmiş buğda dənələrini lupa altında izləyirdik və bununla paralel uşaqlara bitkilərin toxumlardan əmələ gəlməsi prosesini izah edirdik...


Sonra məntiqi olaraq çörək bişirmə prosesinin izah etmək qərarına gəldim, 3-5 yaşlılar üçün bunun əyləncəli yollarını axtararkən bir fransız internet resursu  tapdım.  Sağ olsun fransız qardaşlarımız məsələni əla strukturlaşdırıb uşaqlar üçün vəsait yaradıblar. 
Beləliklə, əvvəlcə  uşaqlara əkinçilikdən söz açdım, bunun üçün aşağıdakı şəkil üzərində prosesi izah elədim.
Sonra şəhərin bir çox gül dükanını gəzib nəhayət ki, birində sünbül tapıb uşaqlara göstərdim. Balaca araşdırmaçılar təbii ki, sünbülü sağ salamat qoymadılar, görsəydiniz necə maraqla sünbüldən buğdaları çıxarırdılar!



Buğdadan un alınma prosesini izah etmək üçün uşaqlara iki daş təqdim etdik, buğdaları əzərək onlarda cüzi də olsa un almağa müvəffəq oldular. Növbəti mərhələdə isə onlara "dəyirman" qismində qəhvə üyüdən cihazları təqdim etdik.




Uşaqların marağı dərsin səviyyəsinin göstəricisidirsə, bu dərsimizin səviyyəsi doğurdan da yüksək idi! Buğda, düyü, qarğıdalı, arpa, qarabaşaq, quş yemi əlimizin altında nə varıydısa, hamısı "dəyirmanımızda" üyüdülüb bizə müxtəlif rəngli və keyfiyyətli "un" verdi.
Yaxşı, bəs bu unlardan biz necə istifadə etdik? Təbii ki! Çörək bişirdik!

Əgər bizim layihəmizi bəyəndinizsə burada şərh qoymanızı xahiş edirəm, bu şərhləri bizim balaca araşdırmaçılarla paylaşmağıma söz verirəm :) Qarşıdan gələn Novruzumuz mübarək!

Saturday, March 12, 2016

Məktəbəqədər uşaqlarla Novruzu maraqlı keçirmək yolları

Novruzun gəlir,
Yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xonçası 
Bülbüllü avaz gəlir...

Novruz abu-havasını uşaqlarımıza hiss etdirmək və ən-ənələrimizi onlar üçün maraqlı və əyləncəli yolla öyrətmək bu ərəfədə bizi ən çox məşqul edən mövzu oldu :) 
Yeni il mövzüsunda internet məkanında  (https://www.pinterest.com/) məktəbəqədər uşaqlar üçün yüzlərlə xüsusi tərtib olunmuş faəliyyət və oyunlar tapmaq olar. Bu resurslar qış tətillərini uşaqlarımızla mənalı keçirmək üçün yardımçı olurlar. Bəs Novruz bayramı? Ənənəvi olaraq bu bayram ərəfəsində uşaqların başı evdəki hazırlıqlara qarışır, adətlərimizi yerinə yetirərək,onları gələcək nəsil nümayəndələrinə ötürmüş oluruq. Bunlar bizim üçün böyük məna kəsb edir. Lakin zəmanə dəyişdikcə adətlər yavaş-yavaş müasirləşdirilərək dəyişilir və bəzilər isə unudulub yox olur. Müasir dövrdə bizim üçün yeni olan metodlarla (Montessori, Reggio Emilia və s.) ənənələrimizi çatdırmaq da pis ideya kimi görünmür, deyilmi? Elədirsə, onda başlayaq!

Novruz əhvalını hələ ilk çərşənbədən canlandırmağa qərar verdik. Əvvəlcə uşaqlar bayramın köklərini və tarixini çatdırmaq istədik və bunun üçün Montessori metoduna müraciət etdik:

Fəaliyyət N1 Ünsürlər

Bu fəaliyyəti hələ keçən il də keçirmişdik (http://bakumamas.blogspot.com/search/label/4%20%C3%BCnsur) bu il təkrarladıq, bəzi dəyişiklikləri əlavə etdik. 
Burada əsas məqsəd uşaqlara Çərşənbələrin anlamını və onların vasitəsilə ünsürlərin öyrədilməsidir. Bunun üçün 3 eyni ölçülü qablar götürülür, üzərində "HAVA", "SU", "TORPAQ" yazıları yazılır. SU qabına bir qədər su, TORPAQ qabına bir qədər torpaq yerləşdirilir, HAVA qabı isə boş olaraq rəfə yerləşdirilir. Montessori metoduna uyğun olaraq hər ünsüra aid görüntüləri əks etdirən kartlar çap edilir (bu saytdan istifadə edə bilərsiz https://drive.google.com/file/d/0B-Jp2xvcHjp4a1p3U0k5ZlBwaGs/view?pli=1) və uşaqlara kartları uyğun qabın önündə qoymaq təklif edilir.  Dördüncü ünsüru unutmağımızı düşünməyin :) Odu əks etdirməyi uşaqların özlərinə təklif etdik, onlarda bunu sevə sevə etdilər. Burada bizim görüntülər:



Fəaliyyət N 2.  Novruz Şamları

Novruzun ən vacib atributlarından olan şamlarla əlaqəli də bir neçə fəaliyyətimiz var. Əvvəlcə kağızdan Şam applikasiyası düzəltdik. Bunun üçün bizə rəngli kağız, yapışqan və zər lazım oldu. 
Kağızdan əvvəlcə şamın fonu üçün forma, sonra isə ayrılıqda şamın mumu və alov forması kəsilir. Son ikisi 1ci formanın üstünə yapışdırılır. Alov formasının üzərinə yapışqan sürtdükdən sonra üzərinə zər yerləşdirilir. Nəticədə bü cür şamlar alınır.




Fəaliyyət N 3. Novruz tonqalı.

Təbii ki, Od ünsürunu anlamaq üçün tonqal düzəltmək lazımdı, əsli olsa həyətinizdə çox yaxşı, amma evdə də əl işi-tonqal düzəltmək xeyli əyləncəli ola bilər. 
Bu fəaliyyət üçün kağız, yapışqan, rəngli (sarı, narıncı, qırmızı) kağızlar, nazik ağac budağının qırıqları.
Təfərrüatı görüntülərdə: