Uşaqların
erkən inkişafına Montessori yanaşması barədə daha öncə yazmışdıq (bu yazıları oxuya bilərsiniz). İndi isə
evimizin, uşaq otağının Montessoriya uyğun qurulması barədə danışaq.
Fikrimcə, evimizi tamamilə Montessori sinif otağına çevirmək çətin işdir və bəlkə
buna heç ehtiyac da yoxdur. Vacib odur ki, evdəki mühit Montessori yanaşmasının əsas prinsiplərinə uyğun olsun: ilk növbədə uşağı düşünərək ,onun üçün cəzbedici
və nizamlı mühit yaratmaq, müstəqillik
üçün şərait yaratmaq, seçim vermək, uşağın şəxsiyyətinə hörmət və müstəqil qərar
qəbul etməyi həvəsləndirmək. Bunları düşünərək, evinizə nəzər salın.
1. Uşaq mebeli: uşaqların ölçüsünə uyğun oturacaq və masa, həmçinin əlçatan rəflər,
paltar dolabınız varmı? Böyüklərin köməyi olmadan yaradıcılıqla məşqul olmaq, oyun
oynamaq, həmçinin qeyinmək və özünə qulluq üçün şərait varmı? Mebel seçərkən təkcə ölçüsünü nəzərə almayın, neytral
rənglər, sadə formalara üstünlük verin ki, uşağın məşğuliyyəti üçün sakit fon
yaransın.
2. Hər otaqda uşaq guşəsi:
Oyun otağında oxu guşəsi – burada balışlar və ya kürsü, lampa, kiçik
kitab rəfi və ya səbət yerləşdirmək olar; yaradıcılıq guşəsi (bu barədə burada
oxuyun), tikinti zonası – burada konstruktorlar, maşınlar qoymaq olar və s.
Yataq otağında - paltar dolabı
və rəflər uşağın boyuna uyğun olmalıdır ki, geyimini özü seçə bilsin.
Mətbəxdə - qabların və stəkanların əlçatan yerdə olması
Hamamda – diş fırçası və məcun, həmçinin çanağa əl çatmaq üçün kiçik
taburetin olması
Dəhlizdə - üst paltarı və ayaqqabıları uşaqın əli çatan dolabda yerləşdirmək,
həmçinin ayaqqabı təmizləyənin olması və s.
3. Bitki və ya ev heyvanlarına qulluq: hər evdə yəgin ki dibçək bitkiləri vardır. Onları elə yerləşdirin ki, uşaq onların qayğısına qala bilsin - sulaya, tozunu ala və s.
4. Daha az sayda amma daha keyfiyyətli oyuncaqlar: otaqda çoxlu oyuncaq varsa çox güman ki onların çox azı ilə oynayırlar. Oyuncaqların, pazlların bir qismini yığışdırıb, gizlədin. Hər 10-15 gün gizlətdiyiniz oyuncaqları çıxardın, digərlərini isə yığışdırın. Daha az oyuncaq daha çox marağa səbəb olacaq. Otaqda olan oyuncaqları böyük qutu və ya səbətdə qarışıq halda saxlamayın. Onları alçaq rəflərə səliqə ilə düzün ki, uşaqlar istədiyini seçib onunla oynaya bilsin.
Bizim uşaq otağımızda olan bəzi şeylər:
İri
motorika üçün tramplin (batut) - enerjinin sərf olunması üçün:)
Tikinti zonası:
Sonda The Montessori Notebook bloqunun hazırladığı bir videonu paylaşmaq istəyirəm: kiçik bir mənzildə Montessori mühiti barədə http://www.themontessorinotebook.com/montessori-at-home-small-spaces/
No comments:
Post a Comment